Neft çıxaran gəmidə dəhşətli yanğın - VİDEO Nigeriya sahillərində neft çıxaran “Trinity Spirit” gəmisində güclü partlayışla müşahidə edilən partlayış baş verib.
Yaxınlıqda olan gəminin göyərtəsindən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Videoda “Trinity Spirit” gəmisinin yavaş-yavaş suya qərq olduğu, köməyə gələn gəmilərin və qayıqlar yanğını lokallaşdırmağa çalışdığı əks olunub.
Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.