ABŞ öz helikopterini partlatdı

4-02-2022, 09:17           
ABŞ öz helikopterini partlatdı
Suriyada İŞİD liderinə yönəlik əməliyyat zamanı sıradan çıxan helikopter partladılaraq məhv edlib.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi deyib.

“Gecə əməliyyat zamanı əsgərlər arasında itki qeydə alınmayıb. Helikopterimizdə texniki nasazlıq baş verdi. Təkrar istifadəsinin təhlükəli olacağı qənaətinə gəlindi. Bu səbəbdən Makkenzi (Mərkəzi Qüvvələr komandanı – red.) helikopterdən imtina etməyə və yerindəcə partlatmağa qərar verdi”, - deyə Kirbi bildirib.

Qeyd edək ki, ABŞ-ın Suriyanın şimalında terrorçulara hücumu zamanı bir helikopterinin vurulduğu bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru