Zakir Qaralovun biznesini idarə edən Rəsul Orucov həbs edilib

4-02-2022, 17:21           
Zakir Qaralovun biznesini idarə edən Rəsul Orucov həbs edilib
Zakir Qaralovun biznesini idarə edən Rəsul Orucov həbs edilib.

Bakudays.com bildirir ki, 03 fevral 2022-ci il Yasamal rayon məhkəməsinin qərarı ilə Ağstafa Aqrar Sənaye Kompleksinin Müşahidə Şurasının sədri Rəsul Orucov barəsində həbs seçilib.

Vergi Xidmətinin istintaqında şirkət rəhbəri vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunur.

Qeyd edək ki, Ağstafa Aqrar Sənaye Kompleksi MMC-nin təsisçisi Qaralov Raul Zakir oğludur. Rəsul Orucov eyni zamanda Ağstafa və ətraf rayonlarda keçmiş Baş prokurorun “təmsilçisi” kimi tanınırdı.

Rəsul Orucovun qardaşı Rasim Orucov isə məşhur “Oliqarxların məhkəmə işi”ndə verdiyi hayküylü ifadələrlə mətbuata tanışdır.

Mövzunu diqqətdə saxlayırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru