"Gümüş kralı" öldü: 8,6 milyardlıq sərvəti kimə qaldı?

4-02-2022, 17:38           
"Gümüş kralı" öldü: 8,6 milyardlıq sərvəti kimə qaldı?
Dünyanın ən böyük mədən və pərakəndə satış kralı kimi tanınan meksikalı iş adamı Alberto Bailleres vəfat edib.

Teref.az teleqraf-a iatinadən xəbər verir ki, Baillersin şirkətləri dünyanın ən böyük gümüş istehsalçısı hesab olunur.

Forbes jurnalının məlumatına görə, hazırda sərvətinin 8,6 milyard dolları ötdüyü təxmin edilən 1931-ci il təvəllüdlü məşhur meksikalı iş adamı Alberto Bailleres Qonzales dünən 91 yaşında vəfat edib. Meksikanın dördüncü ən varlı adamı olan Bailleres 50 ildən çox müddət ərzində ölkənin ən böyük Penoles və Fresnillo mədən şirkətləri, Palakio de Hierro holdinqləri və Grupo Nacional Provincial sığorta şirkətini idarə edib.

İncəsənətin hamisi kimi tanınan meksikalı Bailleres xüsusilə mədən və pərakəndə satış sənayesindəki şirkətləri ilə tanınırdı.

Ancaq Bailleres şirkətləri, nə də sözçüsü onun ölüm səbəbi ilə bağlı açıqlama verməyib.

Ölüm faktını təsdiqləyən Meksika Xarici işlər naziri Marselo Ebrard “Twitter” hesabından bir paylaşımda Bailleres ailəsi və yaxınlarına başsağlığı verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru