Mərakeşdə quyuya düşən beş yaşlı oğlanın xilasetmə əməliyyatı dörd gündür davam edir – VİDEO

5-02-2022, 08:56           
Mərakeşdə quyuya düşən beş yaşlı oğlanın xilasetmə əməliyyatı dörd gündür davam edir – VİDEO
Mərakeşin Şafşavan əyalətində dörd gündür xilasetmə əməliyyatı aparılır.

Belə ki, beş yaşlı Rayan adlı oğlan 30 metrdən çox dərinliyi olan quyuya düşüb.

İnsident fevralın 1-də baş verib. Uşaq üçün quyuya oksigen balonu, su, yemək və müşahidə kamerası endirilib.

Hazırda xilasetmə işlərinə yüzlərlə insan cəlb edilib. Hadisə yerində mühəndislər və xüsusi texnika çalışır.

Beş buldozerin paralel işlədiyi sahdə 19 metr dərinliyə çatmaq mümkün olub.

Həkimlər uşağa dərhal ilkin tibbi yardım göstərmək üçün hadisə yerindədirlər. Oğlanı dərhal xəstəxanaya aparacaq vertolyot da hazırdır.

Yerli sakinlər isə dəstək olmaq üçün “Twitter” sosial şəbəkəsində #SaveRayan fləşmobuna başlayıblar. Uşağın ailəsi xilasetmə əməliyyatının uğurla başa çatmasını səbirsizliklə gözləyir.


Mənbə: focus.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru