70 il çarpayı altında saxlanılan rəsm satıldı

6-02-2022, 14:50           
70 il çarpayı altında saxlanılan rəsm satıldı
Fransanın Tuluz şəhərinin sakini rəsm əsərinin qiymətindən təəccübünü gizlədə bilməyib.

Teref.az Kulis.az-a istinadən xəbər verir ki, Tuluz sakini evində 70 ildən çox saxladığı tablonu satmaq üçün şəhərdəki hərrac evinə gətirib. Burada əsərin həqiqiliyini yoxlayan ekspertlər böyük faktı üzə çıxarıblar. Məlum olub ki, söhbət hansısa replikadan deyil, 1520-ci ildə çəkilmiş orijinal tablodan gedir. Alman rəssam Bernhard Strigerin fırçasının məhsulu olan “Mələk” rəsmi 500 yaşı olmasına rəğmən əla vəziyyətdə qalıb.

Rəsm əsəri hərracda 2,8 milyon avroya satılıb. Müştərinin adı açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru