ABŞ-da cekpot udduğundan xəbərsiz olan şəxs iki həftə sonra tapılıb
8-02-2022, 09:08
Yanvarın 8-də arizonalı turisti Robert Taylor Las-Veqasdakı “Treasure Island” kazinosunda oyun avtomatında cekpot udub. Uduşun məbləği 230 min dollar təşkil edib. Lakin nasazlıq səbəbindən avtomat qələbəni bildirməyib və mükafatı verməyib.
Xoşbəxtlikdən, Qumar Oyunlarına Nəzarət Şurası ədalətsizliyi fərq edib və qalibi tapıb. Bunun üçün onlar əsl təhqiqat aparmalı olublar. Bir neçə kazinoda çoxsaylı kameralardan saatlarla çəkilmiş kadrlara baxmaq, şahidlərlə söhbət etmək, həmin axşam alışlar haqqında məlumatları öyrənmək və səyahət məlumatlarını təhlil etmək lazım gəlib.
İki həftə sonra xoşbəxt adamın adı məlum olub. O vaxtadək isə Robert Taylor artıq Arizonaya geri dönüb. Qələbədən xəbər tutan kimi o, uduşunu almaq üçün yenidən Las-Veqasa qayıdacağını bildirib.