Sərnişinlə taksi sürücüsü əlbəyaxa oldu: Avtomobil qəzaya düşdü - VİDEO

8-02-2022, 10:17           
Sərnişinlə taksi sürücüsü əlbəyaxa oldu:
Rusiyanın Omsk şəhərində taksi sürücüsü ilə sərnişin əlbəyaxa olub.

İnsident nəticəsində Anton adlı sürücüyə zərər dəyib.

Hər şey sərnişinin taksidə olmasına baxmayaraq pivə içməsi və şirniyyat yeməsi ilə başlayıb.

Bir müddət sonra sərnişinin içdiyi pivə avtomobilə tökülüb və nəticədə sürücü onun avtomobilinə dəyən ziyanın pulunu tələb edib.

Lakin sərnişin nə avtomobili təmizləməyə nə də gediş haqqını ödəməyə pulunun olmadığını bildirib.

Sürücü məsələni həll etmək üçün avtomobili taksi deposu istiqamətinə sürməyə başlayıb. Buna etiraz edən sərnişin sükandan tutaraq sürücüyə mane olmağa çalışıb.

Tərəflər arasında başlayan insident qəzaya səbəb olub.


Mənbə: 360 tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru