Körpəsi oyanan aparıcı verilişə onunla qatıldı - VİDEO

8-02-2022, 10:34           
Körpəsi oyanan aparıcı verilişə onunla qatıldı - VİDEO
Hava proqnozunu təqdim etmək üçün verilişə körpə qızı ilə çıxan aparıcı sosial şəbəkələrdə məşhurlaşıb.

Bildirilir ki, WDJT-TV meteoroloqu Rebekka Şuld verilişə uşaqla çıxmağı planlaşdırmayıb. Həmin vaxt o, koronavirus məhdudiyyətlərinə görə, evdə olub, proqrama da evdən qatılıb.

“Növbəti hava hesabatına qədər bir neçə dəqiqə qalmış körpəm oyandı”, - deyə Şuld olanları danışıb. Bu səbəbdən o, uşaqla birlikdə verilişi aparmaq qərarına gəlib.



Sinoptik 13 həftəlik qızı Fionanın yuxusunu tam aldığı üçün özünü yaxşı aparacağına əmin olduğunu vurğulayıb.

“Düşündüm ki, o, mənə bugünkü olduqca xoşagəlməz olacaq hava haqqında danışmağa kömək edəcək”, - deyə sinoptik bildirib.

Kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru