Hörümçəkdən qaçarkən ayağına ağır zədələdi - FOTO/VİDEO

9-02-2022, 09:07           
Hörümçəkdən qaçarkən ayağına ağır zədələdi - FOTO/VİDEO
Evdəki hörümçəkdən qaçmağa çalışan qadının ayağına ayaqqabısının şiş dabanı girib. Hadisə Avstraliyada baş verib.

Alisa Lambertin sözlərinə görə, o, evdə hörümçəyi görüb və xüsusi sprey ilə qovmağa çalışıb. Bu isə deyəsən buğumayaqlının xoşuna gəlməyib və o, qadının üstünə tullanıb. Qadın həyəcanla yataqdan tullananda isə ayağında kəskin ağrı hiss edib. Məlum olub ki, o, döşəmədə olan ayaqqabısının üstünə düşüb. Qışqırıqları eşidən qonşu köməyə qaçıb və təcili yardım çağırıb.

Xəstəxanada Alica ayağından əməliyyat olunub.

Hazırda onun ayağı sağalır.

Hörümçəyə gəlincə, avstraliyalının sözlərinə görə, o, ölüb.



Mənbə: LADBible












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru