18 nəfər sahildən qopan buz parçasının üzərində köməksiz qaldı - VİDEO 9-02-2022, 09:38 ABŞ-ın Ohayo ştatında mühərrikli xizək sürən 18 nəfər böyük buz parçasının sahildən qopması nəticəsində təhlükə ilə üz-üzə qalıb.Onların xilası üçün sahil mühafizə helikopteri, buz və su üzərində hərəkət edən qayıqlar cəlb edilib.Nəticədə köməksiz vəziyyətdə qalan 18 nəfərin hamısı xilas edilib.Onların səhhətində hər hansı problemin olmadığı bildirilir.Mənbə: TRT Haber Facebook-da paylaş