ABŞ Polşaya daha bir qrup hərbçisini göndərib

9-02-2022, 08:32           
ABŞ Polşaya daha bir qrup hərbçisini göndərib
Göyərtəsində ABŞ-ın 82-ci hava-desant diviziyasının hərbi qulluqçuları olan azı dörd C-17A Globemaster III hərbi-nəqliyyat təyyarəsi Polşaya gəlib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Fort Bragg (Şimali Karolina) bazasından havaya qalxan təyyarələr Polşanın Rzeşov şəhərində enib.

Vaşinqtonun qərarına əsasən, şəhərdə 82-ci hava-desant diviziyasının briqada döyüş qrupunun tərkibində ümumilikdə 1700 amerikalı paraşütçü yerləşdiriləcək. Bir gün əvvəl amerikalı hərbçilərin olduğu daha üç təyyarə Rzeşov-Yasyonka hava limanına enib.

Məlumatlara görə, ABŞ ordusunun 18-ci hava-desant diviziyasının ən azı 750 hərbçisi artıq Polşaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru