Türkiyə bayrağına hörmətsizlik edən Fuad döyülüb? - Ekspertiza rəyi açıqlandı

9-02-2022, 11:57           
Türkiyə bayrağına hörmətsizlik edən Fuad döyülüb? - Ekspertiza rəyi açıqlandı
Bakı Apellyasiya Məhkəməsində Türkiyə bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılovun 30 günlük inzibati həbs qərarından verilmiş şikayətinə baxılıb.

Teref.az "Qafqazinfo"ya istinadən bildirir ki, F.İsmayılov məhkəmədə iddia edib ki, saxlanılan zaman və ondan sonra polis bölməsində döyülüb. İddiaya görə, zərbələrdən qulağının pərdəsi cırılıb, üzündə və bədənində xəsarət izləri yaranıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, iddiaların təfərrüatlarının yoxlanılması məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub: "Fuad İsmayılov müayinədən keçirilib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon şöbəsində keçirilən müayinə zamanı onun bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmayıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru