Moskvada mağazaya ölümlə nəticələnən hücumun görüntüləri yayıldı - VİDEO

9-02-2022, 16:27           
Moskvada mağazaya ölümlə nəticələnən hücumun görüntüləri yayıldı - VİDEO
Rusiya İstintaq Komitəsi Moskva vilayətində “Pyateroçka” mağazasına kassirin ölümü ilə nəticələnən hücum anını əks etdirən videonu yayımlayıb.

Müşahidə kameralarının görüntülərində cinayətkarların beysbol ağacları ilə mağaza işçilərini döymələri, seyfi açmaları və oradan pul götürdükləri əks olunub.

İstintaqın məlumatına görə, hadisə fevralın 9-na keçən gecə baş verib. Dörd nəfər kişi mağaza müdirini, onun həyat yoldaşını və kassiri döyərək kassadan 96 min rubl (2 168 manat) oğurlayıblar.

51 yaşlı kassir aldığı xəsarətlərdən yerindəcə keçinib, iki yaralı isə xəstəxanaya yerləşdirilib.

Şübhəlilər saxlanılıb. Onların hamısı Rusiya ilə qonşu olan dövlətlərdən birinin vətəndaşlarıdır.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru