Hərracdan aldıqları evdən tükürpədici əşyalar tapdılar - FOTO/VİDEO

10-02-2022, 09:44           
Hərracdan aldıqları evdən tükürpədici əşyalar tapdılar - FOTO/VİDEO
Britaniyalı cütlük hərracdan aldıqları evdən gizli otaq və qara rəngdə İncil, bir hissəsi yanmış şəkil də daxil olmaqla tükürpədici əşyalar tapıblar.

Cütlük bununla bağlı görüntüləri özlərinin “TikTok” hesabında paylaşıb.


Onların sözlərinə görə, cütlük 1920-ci ildə tikilən evdə təmir işləri aparmaq qərarına gəliblər. Bu zaman gizli otaq aşkar ediblər. Əvvəlcə boş olduğunu düşünüblər, lakin sonra tavandan qarmaqdan asılmış qara çanta görüblər. Orada bəzi səhifələri zədələnmiş qotika üslublu İncil və köhnə sənədlər tapılıb.

Bundan başqa çardaqda ritual əşyaları ilə dolu çamadan tapılb. Divarların arasında isə gizlədilmiş köhnə güzgülər və köhnə fotoşəkillər tapılıb.








Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru