Almaniyada yük maşını 30-dan çox avtomobilə çırpılıb: Xəsarət alanlar var - VİDEO

10-02-2022, 12:29           
Almaniyada yük maşını 30-dan çox avtomobilə çırpılıb:
Almaniyanın Nunberq şəhərində sərxoş vəziyyətdə yük maşınını idarə edən 50 yaşlı sürücü qəza törədərək 30-dan çox avtomobilə zərər vurub.

Qeyd olunur ki, sükan arxasında olan şəxs Türkiyə vətəndaşıdır.

Sürücünün qanında spirt icazə verilən həddən bir neçə dəfə artıq olub.

O, işıqforun qırmızı işığında keçərək əvvəl çox sayda avtomobili vurub, daha sonra isə binaya çırpılıb.

Hadisə zamanı sürücünün özü də daxil olmaqla üç nəfər xəsarət alıb.

Ağır qəza törədən sürücü polis tərəfindən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru