Bakıda ata özünün və övladlarının üzərinə benzin tökərək YANDIMAQ İSTƏDİ - Sok səbəb...

10-02-2022, 19:33           
Bakıda ata özünün və övladlarının üzərinə benzin tökərək YANDIMAQ İSTƏDİ -
Bakıda ata özünün və fiziki qüsurlu azyaşlı övladlarının üzərinə benzin tökərək yandırmağa cəhd edib.

Hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, evdə bağlı qapı arxasında sərxoş vəziyyətdə olan Qabil Şıxıyev özünün və azyaşlı övladlarının üzərinə benzin tökərək yandırmaq istəyib. Bu zaman evdəki əşyalar yanmağa başlayıb.

Hadisə yerinə gələn Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları intihara cəhdin qarşısını alıblar. Onlar yanacaq dolu olan şüşə qabı Q.Şıxıyevin əlindən alaraq, özünü və uşaqlarını yandırmasına imkan verməyiblər.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru