Bakıda məktəbli qızı küçədə vurub qaçan kimdir? - VİDEO

10-02-2022, 19:46           
Bakıda məktəbli qızı küçədə vurub qaçan kimdir? - VİDEO
Bakıda, “İnşaatçılar” metrostansiyasının çıxışında 2005-ci il təvəllüdlü məktəbli qıza naməlum şəxs tərəfindən hücum olunub.

Teref.az bildirir ki, “Qafqazinfo”ya müraciət edən qızın atası Musa Quliyev hadisənin qəsdən törədildiyini iddia edib.

O, 5 gün keçməsinə baxmayaraq hələ də hadisəni törədən şəxsin tapılmadığını deyir: “Məncə, bu hadisə təsadüfi deyil. Çünki son vaxtlar bir neçə dəfə maşınıma naməlum şəxslər tərəfindən xəsarət yetirilib. Yəqin ki, yenə eyni adamlardır. İndi də ailəmə keçiblər. Hadisənin videogörüntülərini polisə təqdim etmişəm. Hadisə zamanı qızım burun və ağız nahiyəsindən xəsarət alıb, qanayıb. Ekspertizadan rəy də almışam. Məsələ ilə bağlı “102”yə məlumat verdim. Məni 29-cu Polis Bölməsinə dəvət etdilər, izahatım alındı. 5 gündür şəxsin tapılması ilə bağlı tədbir görülmür”.



Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan cavab olaraq bildirilib ki, hadisə ilə bağlı vətəndaşın şikayəti əsasında Yasamal Rayon Polis Şöbəsinin 29-cu Polis Bölməsində araşdırma aparılır: “Uşağın atası bölməyə dəvət edilib. Hadisənin videogörüntüləri əldə edilib. Görüntülərdə azyaşlının küçədə hərəkət edən zaman naməlum şəxsin əli ilə ona zərbə vurduğu görünür. Həmin şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Onun şəxsiyyətinin müəyyən olunması və saxlanılması ilə bağlı müvafiq əməliyyat tapşırığı verilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru