Avropanın ən hündür fəal vulkanı püskürdü - VİDEO

12-02-2022, 09:17           
Avropanın ən hündür fəal vulkanı püskürdü - VİDEO
Siciliyada Etna vulkanı növbəti dəfə püskürüb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, püskürmə vulkanın cənub-şərq kraterində təxminən 2900 metr hündürlükdə qeydə alınıb.

Püskürmə zamanı səkkiz kilometr hündürlükdə kül və tüstü səmaya atılıb. Kraterdən üç lava axını əmələ gəlib.

Qeyd edək ki, Etna Avropanın ən yüksək aktiv vulkanıdır. 2013-cü ilin iyun ayında o, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru