Bu restoran "Azəriqaz"a 5753 manat borclandı - Borcunu ödəmək yerinə isə... - VİDEO

13-02-2022, 00:03           
Bu restoran "Azəriqaz"a 5753 manat borclandı -
“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qaz təchizatına qanunsuz müdaxilə aşkar edib.

Ednews xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilir ki, paytaxtın Nərimanov rayonunda yerləşən "Nəşvə" restoranının 5 753 manat debitor borcunun olması, restoran sahibi tərəfindən bu borcun ödənilməməsi səbəbindən restoranın qaz təchizatı dayandırılıb.

İki gün sonra Birlik əməkdaşları sözü gedən ünvana yenidən baxış keçirən zaman abonentin özbaşına şəkildə dəmir ötürücü quraşdırmaqla təbii qazdan qeyri-qanuni halda istifadə etdiyi məlum olub.

Birlik əməkdaşları restoranın mətbəxinə baxış keçirmək istəyən zaman onları bir qədər gözlədərək sonradan içəri buraxıblar.


Onlar qaz balonundan istifadə etdiklərini iddia ediblər. Lakin mətbəxə baxış keçirəndən sonra təkrar qoşulma yerinə baxdıqda dəmirötürücünün abonent tərəfindən açılaraq götürüldüyü aşkar edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru