Çində sərnişinlə dolu avtobusda güclü partlayış: Ölən və onlarla xəsarət alan var - VİDEO

13-02-2022, 09:58           
Çində sərnişinlə dolu avtobusda güclü partlayış:
Çinin Şenyan şəhərində ictimai nəqliyyat avtobusunun partlaması nəticəsində azı bir nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Bu barədə şəhərin polis idarəsi məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı avtobusda böyük səs-küy olub.

Hadisə yerindən çəkilən kadrlardan da göründüyü kimi, partlayış nəticəsində avtobusun bütün şüşələri sınıb, şüşə parçaları bir neçə metr kənara səpələnib.

Hələlik partlayışın nədən baş verdiyi məlum deyil.


Mənbə: REN TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru