Yəməndə BMT əməkdaşları oğurlandı

13-02-2022, 10:37           
Yəməndə BMT əməkdaşları oğurlandı
Yəməndə BMT-nin humanitar qurumlarından birinin altı əməkdaşı, o cümlədən bir əcnəbi oğurlanıb.

Bu barədə KONKRET.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, onlar Ədənə qayıdarkən ölkənin cənubundakı Abyan əyalətində bir qrup silahlı şəxs tərəfindən saxlanılıblar. BMT əməkdaşları ilə birlikdə onları müşayiət edən hərbi polisin əsgərləri də naməlum istiqamətə aparılıb.

Abyan əyalətindəki qəbilələrdən birinin nümayəndələrinin sözlərinə görə, ekstremistlər əvvəllər Cənub Keçid Şurasının (CKŞ) qüvvələri tərəfindən həbs edilmiş girovların öz silahdaşlarına dəyişdirilməsi ilə bağlı danışıqlar aparmağa çalışırlar. ÇKŞ artıq regionda fəaliyyət göstərən yaraqlıları, o cümlədən “Əl-Qaida” qruplaşması terrorçularını dəstəkləyən “Müsəlman Qardaşları” beynəlxalq birliyini bu ​​insidentdə əli olmaqda ittiham edib.

BMT nümayəndələri Abyandakı humanitar vəziyyəti öyrənmək üçün əyalətdə işgüzar səfərdə olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru