ABŞ-da atışma zamanı üç nəfər yaralanıb

13-02-2022, 10:56           
ABŞ-da atışma zamanı üç nəfər yaralanıb
ABŞ-ın Kaliforniya ştatının Qərbi Hollivud şəhərində kanadalı pop musiqiçisi Castin Biberin konsertini qeyd etmək üçün şənlik təşkil edilən restoranın yaxınlığında baş verən atışma nəticəsində 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə CNN yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, restoranın yaxınlığında dava düşüb və bu zaman bir neçə dəfə atəş açılıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb, onların vəziyyətlərinin sabit olduğu bildirilir. Hüquq-mühafizə orqanları hadisənin heç bir cinayətkar dəstənin fəaliyyəti ilə bağlı olmadığını əlavə edib.

Biberin nümayəndəsi CNN-in sorğusuna cavab olaraq vəziyyəti şərh etməyib. Mənbə telekanala bildirib ki, təsvir olunan hadisələr baş verən vaxt müğənninin özü artıq əyləncəni tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru