Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

13-02-2022, 16:39           
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.
Daxili İşlər Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.

Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs polis əməkdaşları tərəfindən zərəsizləşdirilib.

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru