Yeni Zelandiya polisi etirazçıları musiqi ilə sakitləşdirdi - VİDEO

15-02-2022, 09:45           
Yeni Zelandiya polisi etirazçıları musiqi ilə sakitləşdirdi - VİDEO
Yeni Zelandiya polisi Vellinqtonda parlament binası qarşısında toplaşan etirazçıların səsini boğmaq üçün populyar musiqilər səsləndirib.

Nümayişçilər fevralın 8-dən başlayaraq məcburi vaksinasiyaya qarşı etiraz edirlər.

Polis əvvəlcə onların düşərgə qurduqları qazona su çiləyərək etirazçıları dağıtmağa çalışıb. Lakin etirazçılar səngərlər qazıb və suyun istiqamətini dəyişdirmək üçün müvəqqəti drenajlar düzəldiblər.

Bundan sonra o, etirazçıların səsini boğmaq və onları dağıtmaq üçün səsgücləndiricilər vasitəsilə musiqi səsləndirilib.

Bu dəfə də plisin səyləri nəticə verməyib. Etirazçılar digər mahnılarını oxumaqla onlara cavab verib və dağılışmaqdan imtina ediblər.


Mənbə: BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru