Ramiz Mehdiyevin qohumu BUNA GÖRƏ HƏBS OLUNUB - TƏFƏRRÜAT

15-02-2022, 13:45           
Ramiz Mehdiyevin qohumu BUNA GÖRƏ HƏBS OLUNUB - TƏFƏRRÜAT
AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.

Teref.az-ın Lent.az-a istinadən xəbərinə görə, ötən həftə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində çoxsaylı şikayətlər olub.

Şikayətlər əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olub. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı var. Belə ki, Nərimanov rayon Məhkəməsi E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru