Cinayətkarlardan əvvəl həbsxanada könüllülər “cəza çəkəcək”

16-02-2022, 10:15           
Cinayətkarlardan əvvəl həbsxanada könüllülər “cəza çəkəcək”
İsveçrədə yeni inşa edilən “Zurich West” həbsxanasındakı şəraiti sınaqdan keçirmək üçün könüllülərin köməyindən istifadə olunacaq.

Qeyd olunur ki, Sürix kantonunda yerləşən həbsxananın məhbusları saxlanılma şəraitindən şikayət edib və hökumət buna reaksiya verərək onlar üçün yeni həbsxana tikdirib.

Cinayətkarları məyus etməmək üçün hökumət “Zurich West” həbsxanasındakı şəraiti sınaqdan keçirmək üçün könüllülərə müraciət edib.

Belə ki, bir neçə gün yeni inşa edilən həbsxanada qalacaq könüllülər oradan çıxandan sonra həbsxanadakı təəssüratlarını ictimaiyyətlə bölüşəcəklər.

Mənbə: The Local












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru