BAKIDA OLAY: məhkumu şəhərin mərkəzində döydülər

16-02-2022, 12:04           
BAKIDA OLAY:
Bakıda şərti azadlıqda olan məhkuma qarşı quldurluq edilib.

Qafqaz.media xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 15-də Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum edilmiş B.Zeynalov 2 nəfər tərəfindən döyülüb və Ədliyyə Nazirliyi tərəfindən ayağına taxılan qolbaı əlindən alınıb. Hadisəni törədən şəxslər qolbağı qaytarması müqabilində ondan pul tələb ediblər. Bu barədə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri İ.Qaçayev və əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru