Ermənistandan sığınacaq istəyən 3 azərbaycanlı kim olub? - BU NƏDİ BELƏ?

16-02-2022, 15:57           
Ermənistandan sığınacaq istəyən 3 azərbaycanlı kim olub? - BU NƏDİ BELƏ?
Ermənistan Dövlət Miqrasiya Xidməti 2021-ci ildə bu ölkədən sığınacaq istəyənlərin siyahısını açıqlayıb. Teref.az-ın məlumatına görə, JAMAZ.İNFO həmin qurumun yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, ötən il Ermənistandan sığınacaq istəmiş əcnəbilərin ümumi sayı 260 nəfər olub.

Onlardan 118 nəfəri İran, 52 nəfəri İraq, 27 nəfəri Suriya vətəndaşları olub. Sığnacaq istəyənlər arasında Türkiyə və Azərbaycan vətəndaşları da var. Ermənistan DMX-nin məlumatına görə, ötən il 6 Türkiyə vətəndaşı sığınacaq üçün müraciət edib. Onlardan birinin müraciətinə xitam verilib. 1 müraciət rədd edilib, 3 nəfəri isə qaçqın statusu alıb.

Ötən il Ermənistandan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı isə 3 nəfər təşkil edib. Məlumatda deyilir ki, onlardan birinin müraciəti dayandırılıb. Digər ikisinə isə sığınacaq verilməsindən imtina olunub.

Maraqlıdır, Ermənistandan sığınacaq istəmiş Azərbaycan vətəndaşları kimlər olub? Rəsmi dövlət qurumlarının bununla bağlı məlumatı varmı? Azərbaycan vətəndaşının 44 günlük Vətən Müharibəsindən sonra Ermənistandan sığınacaq istəməsinin səbəbi və ya səbəbləri nə ola bilər?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru