Rusiya məhkəməsi cinayət törətmiş ermənini Azərbaycana göndərmək qərarı verdi

16-02-2022, 16:35           
Rusiya məhkəməsi cinayət törətmiş ermənini Azərbaycana göndərmək qərarı verdi
Ermənistan Baş Prokurorluğu erməni vətəndaşının Rusiyadan Azərbaycana deportasiyasının qarşısını alıb. Bizimxeber.az "Sputnik Ermənistan"a istinadən bildirir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan əsilli Ermənistan vətəndaşı Rusiyada inzibati xəta törədib, məhkəmə onun ölkədən çıxarılmasına qərar verib: "Məhkəmə qərarında səhv olaraq qeyd olunub ki, cinayəti törədən şəxs Azərbaycan vətəndaşıdır. Onu Bakıya göndərmək təhlükəsi var idi. Ermənistan Baş Prokurorluğunun əməkdaşları rusiyalı həmkarları ilə əlaqə saxlayıb və onların diqqətini bu problemə cəlb ediblər".

Rusiya prokurorluğunun müdaxiləsindən sonra məhkəmənin qərarı dəyişdirilib və Ermənistan vətəndaşı öz ölkəsinə qayıdıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru