Rusiya KİV-indən İDDİA : MÜHARİBƏ BAŞLADI - İlk atəşi Ukrayna açdı... -
17-02-2022, 08:43
Ukrayna təhlükəsizlik qüvvələri Luqansk ərazisini dörd istiqamətdən atəşə tutub. Teref.az APA-ya istinadla xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Moskva vaxtı ilə saat 5.30-dan etibarən Ukrayna təhlükəsizlik qüvvələri minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəş açıb.