Dünyada ilk dəfə qadın HİV virusundan sağalıb

17-02-2022, 09:45           
Dünyada ilk dəfə qadın HİV virusundan sağalıb
ABŞ-da qadın HİV-dən sağalıb

“Report” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumatda leykozdan müalicə olunan qadının 14 aydır ki, HİV-dən sağaldığı qeyd edilib.

Xəstənin dünyada HİV-dən sağalmış üçüncü şəxs və ilk qadın olduğu güman edilir.

Bununla belə, alimlər göbək qanı ilə transplantasiya metodunun HİV-ə yoluxmuş insanların əksəriyyəti üçün uyğun ola bilməyəcək qədər riskli olduğunu vurğulayırlar.

Xəstənin nümunəsi Denverdə keçirilən tibbi konfransda təqdim edilib və bu metodun HİV-in funksional müalicəsi kimi ilk dəfə istifadəsi qeyd olunub.

Qeyd edilir ki, xəstəyə xərçəng xəstəliyi müalicəsinin bir hissəsi olaraq göbək qanı köçürüldü və həmin vaxtdan HİV-dən müalicə üçün lazım olan antiretrovirus dərmanları qəbul etməyə ehtiyac olmayıb.

Bu, ABŞ-da xərçəng və digər ağır xəstəliklərin müalicəsi üçün eyni növ qanköçürmə almış HİV-ə yoluxmuş insanlar üzərində aparılan genişmiqyaslı tədqiqatın bir hissəsi idi.

Alimlər hesab edirlər ki, bu, transplantasiya edilənlərin immun sistemində HİV-ə qarşı müqavimət yarana bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru