Ərinin zarafatı qadının DONUB ÖLMƏSİ ilə nəticələndi

17-02-2022, 10:09           
Ərinin zarafatı qadının DONUB ÖLMƏSİ ilə nəticələndi
Rusiyanın Krasnoarmeysk şəhərində bədbəxt hadisə baş verib.

Teref.az xəbər verir ki, şəhər sakini, 50 yaşlı qadın meşədə donaraq ölüb. Onun ölümünə səbəb ərinin yersiz zarafatı olub.

Araşdırmalar zamanı məlum olub ki, qadın evə gələrkən qapının yanında başqa bir qadına məxsus çanta və bir cüt ayaqqabı görüb.

Əri həyat yoldaşına belə tez gələcəyini düşünmədiyini, evə sevgilisini gətirdiyini deyib. Ərinin zarafatını ciddiyə alan qadın ayaqqabılarını belə soyunmamış ağlaya-ağlaya evi tərk edib.

Ər elə zənn edib ki, xanımı evə döndükdən sonra qonağın qardaşı qızı olduğunu, onlara baş çəkməyə gəldiyini deyərək, xeyli əylənəcəklər.

Lakin bir neçə gün sonra yaxınlıqdakı “Bann” meşəsində qadının donmuş cəsədi tapılıb. Hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırılır. (Lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru