Şair Ənvər Əhməd vəfat edib

17-02-2022, 11:28           
 Şair Ənvər Əhməd vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ Yazıçılar Birliyinin sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, professor, Xankəndi Pedaqoji Universitetin keçmiş rektoru Ənvər Əhməd vəfat edib. Teref.az "Report"a istinadla xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu) 8 avqust 1943-cü ildə Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib. "M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə edib. AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlayıb.

Allah rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru