Hindistanın Uttar-Pradeş ştatında quyuya düşən 13 qadın həlak olub, üç nəfər isə ağır yaralanıb.
AZƏRTAC “The Indian Express” qəzetinə istinadla xəbər verir ki, hadisə fevralın 16-da gecə saatlarında Kuşinqar rayonunda toy mərasimi zamanı baş verib. Mərasim iştirakçılarının oturduğu quyunun qapağı ağırlığa tab gətirməyərək qırılıb və insanlar suya düşüb.
İnsident nəticəsində 11 qadın hadisə yerində, iki nəfər isə xəstəxanada ölüb. Hazırda həkimlər xəsarət alan üç nəfərin həyatını xilas etməyə çalışır.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib.