Rusiyada 9-cu sinifdə oxuyan silah baronu saxlanılıb

18-02-2022, 09:25           
Rusiyada 9-cu sinifdə oxuyan silah baronu saxlanılıb
Krasnoyarskda polis 9-cu sinifdə oxuyan silah baronunu saxlayıb. Məktəblinin üzərində çoxsayda silah və yüzlərlə patron tapılıb.

Doqquzuncu sinif şagirdi Kirilin silahları çox sevirdiyi bildirilib. O, 4-cü sinifdən atəş açmağı öyrənib. Bu yaxınlarda Kirill öz mağazasını açmağa qərar verib. Lakin polis məsələdən xəbər tutandan sonra onun biznesi çöküb.

Fevralın 16-da əməliyyatçılar sınaq alış-verişi təşkil edərək Kirili saxlayaraq evində axtarış aparıblar. Axtarış zamanı dörd tapança, iki hamar lüləli silah, barıt və demək olar ki, min ədəd müxtəlif patron aşkar olunub.

Şagirdin bütün arsenalı müsadirə edilib. Hazırda Rusiya İstintaq Komitəsi onun barəsində araşdırma aparır.

Mənbə: “Baza”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru