İsraildə üzərində rus yazıları olan naməlum raket partlayıb

19-02-2022, 12:23           
İsraildə üzərində rus yazıları olan naməlum raket partlayıb
İsrailin hava məkanında naməlum raket partlayıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya hərbi saytları məlumat yayıb. Bildirilir ki, hərbçilər raketin fraqmentlərini aşkarlayan zaman onun üzərində rusca yazıların olmasını görüblər.

- Ehtimal edilir ki, söhbət Suriyaya məxsus S-200 zenit-raket kompleksindən atılan raketdən gedir. O, Suriya ərazisinə hava zərbələri endirmək cəhdləri zamanı İsrail qırıcılarından birinə yönəlibmiş. Raket hədəfinə çata bilməyib və İsrail hava məkanında partlayaraq yerə düşüb. Təxminən 150 kilometr uçaraq Hayfa yaxınlığında partlayıb. Onun İsrail üzərində görünməsi hava həyəcanına səbəb olub,-məqalədə yazılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru