Rusiya atəşkəsi 122 dəfə pozdu: Ölənlər və yaralılar var

20-02-2022, 14:34           
Rusiya atəşkəsi 122 dəfə pozdu:
Ukrayna Müdafiə Nazirliyi ötən gecə Rusiyanın münaqişə bölgəsində atəşkəs rejimini 122 dəfə pozduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, hücumun Minsk razılaşmalarına əsasən qadağan olunmuş silahlarla həyata keçirildiyi bildirilir.

“Rusiya 152 millimetr və 122 millimetrlik artilleriya sistemlərindən, 120 millimetr və 82 millimetrlik minaatanlardan, müxtəlif sistemli qumbaraatanlardan, tank silahlarından və iriçaplı pulemyotlardan istifadə edib. Bundan əlavə, Rusiyanın pilotsuz uçuş aparatlarının 3 uçuşu qeydə alınıb”, - məlumatda deyilir.

Açıqlamada Ukrayna ordusunun mülki əhaliyə və mülki yaşayış məntəqələrinə atəş açmadığı, bombardmanlar nəticəsində 2 Ukrayna əsgərinin həlak olduğu, 4 hərbçinin isə yaralandığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru