Rusiyanın keçmiş ədliyyə nazirinin müavininin meyiti tapılıb

21-02-2022, 08:41           
Rusiyanın keçmiş ədliyyə nazirinin müavininin meyiti tapılıb
Rusiyanın keçmiş ədliyyə nazirinin müavini Vladimir Yaluninin vəfat edib.

SİA “Qazeta.ru” saytına istinadən xəbər verir ki, onun meyiti buz bağlamış çaydan tapılıb.

Xilasedicilər keçmiş nazir müavininin cansız bədənini buzun üzərindən yıxıldığı yerdən 10 kilometr aralıda tapıb.

Yaluninin yaxınlarının sözlərinə görə, 70 yaşlı keçmiş nazir fevralın 5-i axşam saatlarında Kozino yaxınlığındakı kilsəyə gedib, lakin evə qayıtmayıb.

Vladimir Yalunin 2004-2006-cı illərdə Rusiya ədliyyə nazirinin müavini olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru