İranda qırıcı təyyarə qəzaya uğradı 21-02-2022, 11:48 İranın Təbriz şəhərində qırıcı təyyarə qəzaya uğrayıb.Bu barədə “Mehr” agentliyi məlumat yayıb.Bildirilir ki, İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə şəhərin Moncam bulvarındakı idman kompleksinin ərazisinə düşüb.Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.Qəzanın səbəbləri araşdırılır. Facebook-da paylaş