Rusiya 2 döyüş maşınının vurulması barədə məlumat yaydı - 5 əsgər ölüb

21-02-2022, 17:19           
Rusiya 2 döyüş maşınının vurulması barədə məlumat yaydı - 5 əsgər ölüb
Rusiya hərbçiləri və sərhədçiləri Ukrayna ərazisindən gələn təxribat-kəşfiyyat qrupunun dövlət sərhədini pozmasının qarşısını alıblar. Teref.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
- Cənub Hərbi Dairəsinin bölməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd dəstəsi ilə birlikdə təxribat-kəşfiyyat qrupunun Ukrayna ərazisindən dövlət sərhədini pozmasının qarşısını alıb,-məlumatda deyilir.
Qeyd edilir ki, atışma zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus iki döyüş maşını diversantları təxliyə etmək üçün Rusiya ərazisinə daxil olub. Nəticədə hər iki avtomobil vurulub.

- Ukrayna Silahlı Qüvvələrinin 5 əsgəri həlak olub, Rusiya hərbçiləri arasında itki yoxdur,-yerli media Cənub Hərbi Dairəsinə istinadən yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru