Etna vulkanı püskürdü: Külü 11 min metrə yüksəldi – FOTO/VİDEO

22-02-2022, 09:38           
Etna vulkanı püskürdü: Külü 11 min metrə yüksəldi – FOTO/VİDEO
İtaliyada aktiv vulkan olan Etna yenidən fəallaşıb. Son həftələrdə kül və lava püskürən vulkan yenidən narahatlıq yaradıb.

Ölkənin cənubundakı Siciliya adasında hündürlüyü 3 min 200 metr civarında olan Etna vulkanı fevralın 10-da baş verən intensiv vulkanik fəaliyyətdən sonra bu gün (fevralın 21-də) il ərzində ikinci vulkanik fəaliyyətini yaşayıb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, vulkanın püskürdüyü kül təxminən 11 min metr yüksəkliyə çatıb. Vulkanın cənub-şərq kraterindən lavanın axdığı, bölgədə çoxlu vulkanik zəlzələlərin yaşandığı da qeyd edilib.

Vulkanın ətrafındakı hava məkanının kül buludu səbəbindən bağlandığı, ehtiyat tədbiri olaraq Kataniya aeroportunda uçuşların dayandırıldığı bildirilib.

Vulkana yaxın yaşayış məntəqələrində güclü kül püskürməsi nəticəsində evlərin üzəri boz təbəqə ilə örtülüb.

Qeyd edək ki, ötən il Etna dağında 50-dən çox vulkanik fəaliyyət müşahidə edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru