Braziliyada daşqın qurbanlarının sayı 200 nəfərə yaxınlaşıb

24-02-2022, 07:56           
Braziliyada daşqın qurbanlarının sayı 200 nəfərə yaxınlaşıb
Braziliyanın Rio de Janeyro əyalətinin dağlıq Petropolis şəhərində yaşanan sel və torpaq sürüşmələrindən sonra ötən həftə başlayan axtarış-xilasetmə işləri artıq 9-cu gündür ki davam edir.

Son məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 198-ə çatıb, 69 nəfərin itkin düşdüyü açıqlanıb.

Mülki Müdafiə İdarəsi şiddətli yağışlar səbəbindən şəhərdə əksəriyyəti torpaq sürüşməsi olmaqla, 1800 hadisənin baş verdiyini, 811 nəfərin isə sığınacaqlarda qaldığını açıqlayıb.

Ştat qubernatoru Klaudio Kastro bölgənin 1932-ci ildən bəri ən güclü yağıntıya məruz qaldığını bildirib.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru