Kömək üçün bərpa mərkəzinə müraciət etdi - Orada isə narkotik yeridib təcavüz etdilər

24-02-2022, 11:23           
Kömək üçün bərpa mərkəzinə müraciət etdi -
Rusiyanın Perm şəhərində reabilitasiya mərkəzində yaşananlar hər kəsi şoka salıb. Mərkəzin əməkdaşları 27 yaşlı Kseniyaya güclü dərmanlar vurduqdan sonra onu iki dəfə zorlayıblar.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, Kseniya 2019-cu ildə Moskvadan Permə köçüb. Səfər ərinin təşəbbüsü ilə baş tutub. Ancaq tezliklə ailədə problemlər başlayır və cütlük boşanır. Boşluqdan üzülən qız çıxış yolunu içməkdə görür, alkoqol aludəçisi olur. Lakin belə davam edə bilməyəcəyini başa düşdükdən sonra reabilitasiya mərkəzinə getməyə qərar verir. Ora gəldiyi gün işçilər, onun dediyinə görə, ona güclü dozada hansısa narkotik maddə yeridiblər. Bundan sonra qız iddia edir ki, məsləhətçi tərəfindən zorlanıb. Hazırda qız xəstəxanadadır. Həkimlər onun vəziyyətini izləyir və reabilitasiya mərkəzində ona hansı dərman verildiyini öyrənirlər. İstintaq Komitəsi zərərçəkmişin ifadəsində göstərdiyi faktlar üzrə istintaqa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru