Kiyev bombalanır - FOTO/VİDEO

25-02-2022, 08:24           
Kiyev bombalanır - FOTO/VİDEO
Ukraynanın paytaxtı Kiyev şəhərində səhər saatlarından partlayış səsləri eşidilməyə başlanıb.

Verilən məlumata görə, ilk partlayış səsləri Peçerski və Qoloseyevski rayonlarında eşidilib.

“Operativ məlumata görə Darniçski rayonu üzərində uçuş həyata keçirən pilotsuz uçuş aparatı Ukrayna ordusu tərəfindən vurulub. Kiyevə ballistik və qanadlı raketlərlə zərbələr endirilir”, - deyə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.

İlkin məlumata görə, vurulan PUA yaşayış evinə düşüb. Şəhərin hava hücumundan müdafiə sistemi atılan raketlərin bəzilərini zərərsizləşdirib.







Mənbə: Unian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru