Rusiya bu şəhərdə 200 xüsusi təyinatlı itirdi – Rəsmi

25-02-2022, 09:58           
Rusiya bu şəhərdə 200 xüsusi təyinatlı itirdi – Rəsmi
Qostomeldə Rusiya ordusunun 200 xüsusi təyinatlısı məhv edilib.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna kanalının efirində deyib.

“Hazırda Qostomel ətrafında son ocaqların təmizlənməsi gedir. Ora Rusiyanın çox yaxşı hazırlanmış qüvvəsi yeridilib. Bu, 45-ci xüsusi təyinatlı briqadadır. Onlar aerodromu ələ keçirməli idilər. Çox hazırlıqlı əsgərlərdir, ancaq onlar hazırda faktiki olaraq yoxdur. 200 nəfərə yaxın...” – Arestoviç bildirib.

Arestoviç həmçinin döyüşün ilk günündə Rusiyanın itkilərinin 400 nəfər olduğunu elan edib.

Qeyd edək ki, bundan öncə Rusiyanın guya 3200 əsgər itirməsi barədə səsləndirilən iddialar təsdiqlənmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru