Belarusun olimpiya mükafatçısı 46 yaşında ölüb

25-02-2022, 11:09           
Belarusun olimpiya mükafatçısı 46 yaşında ölüb
Belarusun yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı Dmitri Debelka 46 yaşında vəfat edib.

"Report"un məlumatına görə, tanınmış pəhləvan böyrəklərindəki problem üzündən dünyasını dəyişib.

Debelka 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında medal qazanıb. 2003-cü ildə onun böyrəklərində ağır xəstəlik aşkarlanıb. Bu səbəbdən, güləşçi Afina-2004 olimpiadasını buraxmalı olub.

Pəhləvana 2006-cı və 2016-cı illərdə böyrək köçürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru