Çernobıl AES-in ətrafında radiasiya artır - FOTO

25-02-2022, 18:44           
Çernobıl AES-in ətrafında radiasiya artır - FOTO
Rusiya qüvvələri ötən gecə Kiyevin Çernobıl vilayətini ələ keçirdikdən sonra Atom Elektrik Stansiyasının ətrafında radiasiyanın səviyyəsi sürətlə artmağa başlayıb.
Müşahidələrə əsasən, artım dünən gecə rus qoşunlarının Çernobıla daxil olmasından bir neçə saat sonra qeydə alınıb. Radiasiya izləmə xəritələrindəki məlumat cədvəlində də nSnn şualarının sayında yüksəlmə baş verib. İlkin ehtimallara görə, dünən Rusiya və Ukrayna arasında baş verən döyüşlər zamanı Çernobıldakı nüvə tullantıları anbarına ziyan dəyib. Bundan sonra isə ətraf ərazilərə radiasiya yayılıb.

Xatırladaq ki, 1986-cı ildə Çernobıl AES-də baş verən qəza zamanı radioaktiv maddələr ətrafa yayılmış, bu fəlakət zamanı 4 mindən artıq ukraynalı həlak olmuşdu. 2017-ci ildən qəzanın baş verdiyi reaktorun üzəri xüsusi mühafizə təbəqəsi ilə qapadılmışdı.
Elvin Bəyməmmədli
“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru