Qəhrəman ukraynalı dənizçi düşmənin qarşısını almaq üçün körpü ilə birlikdə özünü də partladıb
25-02-2022, 18:53
Hurriyyet.az pravda.com.ua portalına istinadla xəbər verir ki, ukraynalı matros Vitali Skakun rusiyalı hərbçilərin irəliləməsinin qarşısını almaq üçün Qeniçeski avtomobil körpüsü ilə birlikdə özünü də partladıb. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının açıqlamasında deyilir: “Tank karvanının irəliləməsi dayandırmaq üçün Qeniçeski avtomobil körpüsünü partlatmaq qərara alınıb.
Bu tapşırığı yerinə yetirməyi əlahiddə batalyonun mühəndisi, matros Skakun Vitali Vladimiroviç öhdəsinə götürüb. Körpü minalanıb, lakin Vitali oradan getməyə fürsət tapmayıb”.
Yoldaşlarının sözlərinə görə, Vitali onlarla əlaqə saxlayaraq körpünü partlatdığını bildirib. Dərhal partlayış səsi eşidilib və o, vətənin müdafiəsi uğrunda həlak olub.
Vitalinin qəhrəmanlığı düşmənin irəliləməsini xeyli yubandırıb. Batalyon yerini dəyişmək və müdafiəni təşkil eləmək üçün vaxt qazanıb.