Rusiyaya məxsus Mi-24/35 Poltovaya aviasiya raketləri ilə zərbələr endirdi - VİDEO
26-02-2022, 11:16
Rusiyaya məxsus Mi-24/35 hücum helikopteri Poltava vilayətində Buk-M1 hava hücumundan müdafiə sisteminin də daxil olduğu Ukrayna Silahlı Qüvvələrinin konvoyuna idarə olunmayan aviasiya raketləri ilə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib.